Səmradan “Sea Breaze”ə etiraz: Ayıbdır, qonağa hörmətsizlikdir! – VİDEO

Səmradan “Sea Breaze”ə etiraz: Ayıbdır, qonağa hörmətsizlikdir! – VİDEO

“Miss Azərbaycan” Səmra Hüseynova “Sea Breaze” istirahət mərkəzindən şikayətlənib.

TEMPİNFO xəbər verir ki, tanınmış model bu barədə sosial media hesabında videomüraciət yayıb.

O, “Sea Breaze”də qalacağı villadakı natəmiz vəziyyətdən narazılığını dilə gətirərək ətrafın görüntüsünü mobil telefonu ilə kameraya çəkib.

“Nə dəsmal, nə xalat var. Stolun üstünə baxın. Pulu alırsınız, olmaz ki, bunu təmizləyib təqdim edəsiniz? Ayıb deyil? Nə qədər göz yummaq olar?! Bu, qonağa qarşı saymazlıq və hörmətsizlikdir, ayıbdır, həqiqətən”, – o bildirib.

Paylaşımdan daha sonra model qarşı tərəfin onun şikayətinə qarşı münasibətinə narazılığını ifadə edib.

“Birincisi, “Səmra” yox, “Səmra xanım”. Dünən necə üzrxahlıq edəndə yumşaq danışırdınızsa, elə də davam edilməsini bildirirəm. Kimsə burada mənə – hələ yeni işçisinizsə – “Səmra” deyə bilməz. Mən “Miss Azerbaycan”am, Azərbaycanın modeliyəm. Anladınızmı? Siz mənə hörmət etmək məcburiyyətindəsiniz. Dünən mənə zəng edib çox peşman olduğunuzu deyirsiniz. 50 manat təmizlik üçün ödəmə almısınız, səhər tezdən otağı təmizləyən xadimə qapını elə döyürdü ki… Həmin “house keeping” otağı təmiz təhvil verməyib. Deyirsiniz, 8 min deyil bizim villalar. Gəlin açıq danışaq, insanları niyə aldadırsınız?! Halallıqdan danışırsınız, gəlin, halalca danışaq. Günü 350 manatdır, aya vuranda 8-9 min edir. Nəysə, qiymət qoymaq hər bir hotelin öz haqqıdır. Amma burada mənə təhqir yazırlar, siz onları bəyənirsiniz”, – o bildirib və bu çıxışı yer alan videonu silib. Villadan lentə aldığı görüntülər isə hesabında qalıb.

“Seebreaze villa” səhifəsi modelə cavab yazaraq ondan üzr istəyib və şərhləri nə üçün bəyəndiyini izah edib: “Bütün şərhləri bəyənirəm. Hətta bizim əleyhimizə yazılanları belə. Sizin çəkdiyiniz villa bizə aid deyil. Biz öz villamızı subaricarəyə götürmüşük və heç bir müştəri bizim evdən narazı çıxmayıb”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37