Sergen Yalçın Arda Güləri tənqid etdi: “Qol vurmaqla iş qurtarmır” – VİDEO

Sergen Yalçın Arda Güləri tənqid etdi: “Qol vurmaqla iş qurtarmır” – VİDEO

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Türkiyə yığmasının Gürcüstan millisinə 3:1 hesabı ilə qalib gəldiyi matçdan sonra “Antalyaspor”un çalışdırıcısı Sergen Yalçın maraqlı açıqlamalar verib.

Tanınmış futbol mütəxəssisi Arda Güləri tənqid atəşinə tutub:

“Arda oyununa daha çox önəm verməlidir. Bir qol vurmaqla iş bitmir. Bəli, əla qol vurdu və qalib gəlməyimizə kömək etdi. Lakin vurduğu qoldan başqa oyunda heç nə ilə yadda qalmadı”.

Sergen Yalçın baş məşqçi Vinçenzo Montellanın əvəzetmələrinə də toxunub: “Montella, 75-ci dəqiqədə 5 nəfərlik müdafiəyə qayıtmamalı idi. Bu, heç vaxt olmayıb. Bu matç 2-2 bitsəydi necə olacaqdı? Özümüzü aldatmayaq”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37