Şərurlu İsfəndiyarın yalanı üzə çıxdı, qırılan yük lifti imiş – Açıqlama
- HADİSƏSON XƏBƏR
- 14.06.2024 15:59
Xəbər verdiyimiz kimi, ötən gün “Həsi Aslanov” metro stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırılması nəticəsində 8 nəfər xəsarət alıb.
TEMPİNFO xəbər verir ki, “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov baş vermiş hadisə ilə əlaqədar mətbuata açıqlamasında bina sakinlərini günahlandırıb.
O deyib ki, lift 4 nəfərlik olmasına baxmayaraq 8 nəfər istifadə edib və onlardan birinin çəkisi 150 kq olub. MTK sədri liftin üçqat yükləndiyini və buna görə qırıldığını söyləyib.
Hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin qohumu Şəhla Cəlilzadə olke.az-a açıqlamasında bildirib ki, hadisə sərnişin yox, yük liftində baş verib:
“Dünən gecə Xətai rayonunda liftin qırılması nəticəsində qardaşım qızı da yaralanıb. Onun 2 ayağı sınıb.
Həmin liftdə ümumilikdə 8 nəfər olub. Onlardan ikisi azyaşlıdır. Liftdə 150 kiloluq insan yox idi. Yük lifti olub. Yəni azı 1 ton yükü qaldırmalı idi, qaldırmağa gücü çatmasa, siqnalizasiya sistemi aktivləşməli idi.
Əsas məsələ odur ki, tək bu lift deyil, bütün liftlər yoxlanmalıdır, çünki bir çoxu bərbad vəziyyətdədir”, – deyə o söyləyib.
TEMPİNFO