“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlükəlidir?

“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlükəlidir?

“Sevimli Dad”ın bişmiş kolbasalarının tərkibində insan sağlamlığı üçün olduqca zərərli olan E250 qida əlavəsi var. XALQ.AZ xəbər verir ki, bu barədə “Neptun” supermarketlər səbəkəsi “Sevimli Dad” kolbasalarının kataloqunda məlumat yerləşdirib. Həmçinin bu barədə sözügedən firmanın kolbasalarının üzərində də qeyd edilib. Belə ki, “Sevimli Dad”ın qaymaqlı bişmiş kolbasa növü və S.D.Korona doktor/lubitelskaya bişmiş növlərinin tərkibində təhlükəli E250 maddəsi var.

Korona doktor/lubitelskaya bişmiş növün tərkibində mal əti, donuz piyi, nişasta, zülalstabilizatoru, quru süd, natrium-nitrit (E250), duz, ədviyyatlar olduğu qeyd edilib. Qaymaqlı bişmiş növün tərkibində isə yağlı və yağsız mal əti, toyuq əti, quru süd, nişasta, yumurta və ya melanj, natrium nitrit (E250), duz, ədviyyatlar olduğu yazılıb.

Digər qoruyuculardan nitrit və nitratlar emal edilmiş ət məhsullarında və balıqda rəng, qoxu, dad xüsusiyyətlərini qorumaq, mikroblara qarşı stabilliyin saxlanılması üçün tətbiq olunur. Nitritlərdən E250 (natrium nitrit) toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.

Əksər kolbasaların tərkibində olan E250 maddəsi insan orqanizmi üçün olduqca təhlükəli qida əlavəsi hesab edilir. Bu maddə özündə bir neçə təhlükəni, xəstəliyi birləşdirir. Belə ki, E250 qida əlavəsi xərçəng əmələ gətirən maddə hesab edilir. Həmçinin arterial təzyiqini və bağırsaq pozğunluğunu əmələ gətirən maddədir. E250 maddəsi həmçinin təzyiq yaradan qida əlavəlrindən biridir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37