Şirvanda 9 yaşlı uşaq qızdırmadan öldü

Şirvanda 9 yaşlı uşaq qızdırmadan öldü

Şirvanda azyaşlı qızdırmadan ölüb.

Report.az-ın məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb.

İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37