YAP İdarə Heyətinin iclası başa çatıb, partiya deputatlığa namizədlərini müəyyənləşdirib – FOTO – YENİLƏNİB
- MANŞETSİYASƏTSON XƏBƏR
- 17.07.2024 11:23
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası başa çatıb.
TEMPİNFO xəbər verir ki, iclasda YAP 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədlərini müəyyənləşdirib.
***
10.13
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
TEMPİNFO-nun xəbərinə görə, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
***
09.17
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti iclas keçirəcək. İclasda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın namizədləri müəyyən ediləcək.
Məlumata görə, partiyanın İdarə Heyətində təmsil olunan şəxslər artıq YAP-ın binasına gəlməyə başlayıb.
Toplantının yaxın saatlarda başlayacağı gözlənilir.
İclasdan sonra hakim partiyanın bütün seçki dairələri üzrə namizədlərini açıqlayacaq.
Qeyd edək ki, YAP-ın İdarə Heyətində 40 nəfər təmsil olunur.
TEMPİNFO