Siyavuş Novruzov: “Hərə bir telefon götürüb müəllimi çəkir”
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 30.09.2024 15:55
“Müəllimlərin hüquqları müdafiə olunmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bildirib.
“Hərə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”, – deyə, S.Novruzov bildirib.
***
Parlamentari çıxışında Seçki Məcəlləsinə də toxunub, müvafiq dəyişikliklər edilməsini təklif edib: “Bələdiyyə seçkiləri digərlərindən fərqlənməlidir. Yəni bir kəndin bələdiyyə seçkilərində, dairə seçki komissiyası namizədlərdən prezident seçkilərində olduğu kimi eyni sənədləri tələb etməməlidir”.
TEMPİNFO