Şöbə müdirinin istefası: nazirliyin müsabiqəsində nə baş verib? – Jurnalist başına gələnlərdən yazdı

Şöbə müdirinin istefası: nazirliyin müsabiqəsində nə baş verib? – Jurnalist başına gələnlərdən yazdı

Bayaq bir xəbər qarşıma çıxmasaydı (Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydının istefa bəyanatını nəzərdə tutur- TEMPİNFO), bu barədə yazmayacaqdım…

Bayramqabağı Təhsil İnstitutu ilə yüngülcə problem yaşadıq. Bizim Hüseyn (oğlu) Respublika Fənn Müsabiqəsinin final mərhələsində iştirak edib, ancaq suallardan birinə, 10 ballıq suala münsiflər cəmisi 3 bal verib. Nəticədə medalçılar siyahısına düşə bilməyib.

Yanlışın düzəldilməsi üçün Təhsil İnstitutunda təşkil olunmuş apellyasiya şurasına məktub yazaraq dəyişməsini xahiş etdi. Məsələ belədir ki, sualın 3 mümkün həll variantından Hüseyn yalnız ən asan və rahat variantını götürüb, ancaq nəticəni doğru alıb.

Ancaq birinci müraciətə Apellyasiya heyəti “əsassızdır” deyə bir söz cümlə ilə “cavab” verdi.

TEMPİNFO xəbər verir ki, bunun tanınmış jurnalist Kənan Rövşənoğlu bildirib.

Jurnalist Kənan Rövşənoğlu
Jurnalist Kənan Rövşənoğlu

O bildirib ki, riyaziyyatdan o qədər bilikli olmadığı üçün məsələni və həllini tərəfsiz bir neçə riyaziyyatçıya göndərdib: “Bütün ekspertlər bildirdilər ki, cavab düzdür, ancaq daha asan yolla həll edildiyi və bəzi məqamları tam əhatə etmədiyi üçün maksimum olmasa da, ən azı 8 bal vermək olar.

Üstəlik, eyni suala, eyni şəkildə cavab yazan başqa bir iştirakçının balı artırılmışdı. Hüseyn də inad edirdi ki, haqlıyam, balımı azaldıblar.

Bu səbəbdən təkrar müraciət etdik, ancaq bu dəfə “apellyasiya ekspertləri” daha geniş bir cavab yazaraq Hüseyni səhv çıxarmağa çalışdilar. Əsas arqument isə budur ki, məsələ bizim dediyimiz qaydada həll etməyib”.

Jurnalist daha sonra Təhsil İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinə, direktor müavini Fuad Qarayevə yazıb, xahiş edib ki, mübahisəli məqam var, bu məsələyə apellyasiya şurası deyil, müstəqil ekspertlər baxsınlar: “Çünki apellyasiya şurası artıq tərəf kimi çıxış edir.

Mənə cavab bu oldu ki, “biz öz mütəxəssislərərimizə inanırıq”.

Özlərinə də yazdım, bu uşaq yad, ya da düşmən deyil axı, bu ölkənin vətəndaşıdir, yeniyetmədir. Nazirlik əslində şagirdin yanında olmalıdır, ekspertin deyil.

Hətta hörmətli dostlara xahiş etdim ki, məktubumu və cavabları nazir Əmrullayevə çatdırın, müstəqil ekspertlər cəlb olunsun, biz imtiyaz tələb etmirik, sadəcə ədalətli baxış olsun. Amma nazirin köməkçisi cavab göndərdi ki, biz şagirdin deyil, öz mütəxəssislərərimizə rəyinə inanırıq”.

K.Rövşənoğlu hesab edir ki, nazirlik inad edərək Hüseynin balını düzəltməyib: “Halbuki düzəltsəydilər, medala düşmək şansı vardı.

Maraqlıdır ki, sinif yoldaşının eyni sualdan apellyasiya şikayətinə baxaraq balını artırdılar, amma Hüseyndən fərqli olaraq o uşaqda nəticəyə təsir etmirdi.

Bunu əslində yazmaq istəmirdim. Özünə də demişəm ki, daha yaxşı çalışıb bəhanə yeri qoymamaq lazımdır.

Bu gün isə oxudum ki, Təhsil İnstitutunun şöbə müdiri orda olan haqsızlığa etiraz olaraq istefa verib. Belə anladım ki, orda deyildiyi kimi şəbəkələşmə varmış. Özu də dərin…

Əlbəttə, Fənn Müsabiqəsində medal alıb almamaq prinsipial məsələ deyil. Sadəcə, uşaqlar üçün belə vəziyyət bir az çətin olur. Yenə də hər ziyandan bir xeyir var, Təhsil Nazirliyi mənim sözlə başa salmaq istədiyimi uşaqlara əyani şəkildə göstərdi”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37