SOCAR-ın ofisinə hücumda şübhəli bilinən 13 nəfər saxlanılıb – VİDEO
- HADİSƏSON XƏBƏR
- 03.06.2024 15:17
SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
TEMPİNFO-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bununla bağlı olaraq 13 nəfər tutulub.
Bildirilir ki, onlar “Fələstin Üçün Min Gənc” təşkilatının üzvləridir.
Saxlanılan şəxslərin izahatları alınacaq və ədliyyə orqanlarına təslim ediləcək.
Xatıladaq ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, “SOCAR-ın İsrailə neft satdığı” bəhanə edilib.
“SOCAR Türkiyə” isə ittihamları əsassız adlandırıb.
TEMPİNFO