Sorğu: Hansı MTK-dən mənzil almaq olar? – CAVABLAR – FOTO

Sorğu: Hansı MTK-dən mənzil almaq olar? – CAVABLAR – FOTO

Sosial şəbəkədə istifadəçilərindən biri paylaşım edərək hansı Mənzil Tikinti Korporativinə məxsus binadan mənzil almağın məsləhətli olduğunu soruşub.

TEMPİNFO xəbər verir ki, rəy bölməsinə yazılan əksər fikirlər arasında “Şərur MTK” barədə neqativ münasibət sərgilənib.

Belə ki, 100-dən çox şərh bildirən sosial şəbəkə istifadəçilərinin əksəriyyəti postu paylaşan şəxsə sözügedən şirkətə məxsus binadan mənzil almamağı tövsiyə edib.

Onlar parkinq, lift porbleminin olduğunu, binaların sıx tikildiyini və s. əsas gətiriblər.

Qeyd edək ki, “Şərur MTK” İsfəndiyar Axundova məxsusdur. O, Şərurlu İsfəndiyar kimi tanınır.

TEMPİNFO rəyləri təqdim edir:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37