Şou-biznesdə sünnət erası…

Şou-biznesdə sünnət erası…

2024-ün ilk 5 ayı yaddaşda qalmaqallar, ölüm hadisələri və xeyir işlərlə qalıb. Xüsusilə də mayda ard-arda toy xəbərləri oxuyuruq. Amma maraqlıdır ki, bunların əksəriyyəti kiçik toy məclisləridir…

Elə başlayaq tanınmışların övladlarının sünnət toylarından.

TEMPİNFO xəbər verir ki, müğənni Tunar Rəhman oğlu Rəhmana mayın 6-da kiçik toy edib. Lakin Tunar birinci məclisə yalnız bəyləri çağırıb. O, mayın 9-da isə bütün yaxınlarının, şou-biznes nümayəndələrinin yer aldığı məclis qurub. Sənətçinin gecədə xanımı ilə rəqsi də sosial şəbəkələrdə gündəm olub.

Ayın əvvəlində qiraətçi Xəzər Süleymanlı oğluna ailə arasında məclis keçirib.

Mayın 11-də aktrisa Xuraman Əlizadə yaxınlarını, sənət dostlarını başına yığaraq oğlu Əlinin kiçik toyunu edib. Sənətçinin xoş günündən fotolar sosial şəbəkələrdə yayılıb.

Ayın 27-də müğənni Əhməd Mustafayev oğlu Harunun sünnət toyunu keçirib. Onun həmkarları, şou-biznes nümayəndələri və ailə üzvləri məclisində yer alıb.

Əhmədin ardınca vizajist Nigar İbrahimova oğlu Rəsulun həm ad gününü, həm də sünnətini qeyd edib. Mayın 29-da baş tutan toyda Nigarın yaxınları, şou nümayəndələri qonaq olub.

Son olaraq ayın 29-u Əməkdar artist İlkin Əhmədov oğlu Turxanın kiçik toyunu keçirib.

Ürək rahatlığı ilə yaza bilərik ki, 2024-ün mayı “Sünnət” ayı kimi qeydə alındı…(olay.az)

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37