“Söyüş söyüb, baldır açıb, pul qazanırlar”

“Söyüş söyüb, baldır açıb, pul qazanırlar”

“Son iyirmi ildə bizim insana iki çox böyük zərbə dəydi. Əhalinin heyvandarlıq, əkinçilik bacarığı sürətlə yoxa çıxdı və total etik çürümə başladı. Birincinin səbəbi neft pulları və insanların kapitalist dünyadakı parıltılı həyat tərzinə aludə olması, ikincinin səbəbi isə yeni quruluşun sovetlərin pis-yaxşı təbliğ etdiyi, yürütdüyü əxlaq siyasətinin başını boş buraxdığına görə baş verdi”.

TEMPİNFO xəbər verir ki, bunu yazıçı Günel Mövlud sosial şəbəkə hesabında bildirib.

“Sovet ədəbiyyatı, kinosu, fəlsəfəsi və allah nə verdiysə, hamısı insanlara asketizmi, fədakarlığı, zəhməti sevməyi, ailə və dost kultunu usanmadan təbliğ edirdi. Son otuz ildə insanlara Qarabağdan başqa heç bir dəyər təbliğ edilmədi.

Nəticəsi də bu.

Şəhər cəhənnəm, kənd yerində yaşayan insanlar əkin-biçinin, mal-qaranın, təsərrüfatın başını buraxıb, əlinə bir telefon alıb, söyüş söyüb, baldır açıb, pul qazanmağa çalışır.

Mənim vəziyyətim də buna oxşayır ki, “gör, Dusyanın oğulları nətər adamlardırsa, Roşka ilə Eliş onlara bandit deyir!”, deyə o, qeyd edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37