Stiven Siqal Ukraynaya qarşı vuruşmaq istəyib

Stiven Siqal Ukraynaya qarşı vuruşmaq istəyib

Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal bildirib ki, lazım gələrsə, Ukraynada xüsusi hərbi əməliyyatda Rusiya Federasiyasının tərəfində döyüşməyə hazırdır.

TEMPİNFO TASS-a isitnadən xəbər verir ki, aktyor hətta lazım gələrsə, prezidenti üçün ölməyə də hazır olduğunu deyib.

“Xüsusi əməliyyat başlayandan sonra məktub yazdım və əmin oldum ki, bu, çox güman ki, prezidentə çatacaq. Məktubda ona yazdım ki, indi görəcəyik ki, əsl soydaşlarımız, dostlarımız, düşmənlərimiz kimlərdir. Mən prezidentimin tərəfində olacağam və prezidentimin tərəfində döyüşəcəyəm”,- deyə Siqal bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37