Stomatoloji klinikada oğurluq – ANBAAN GÖRÜNTÜLƏR

Stomatoloji klinikada oğurluq – ANBAAN GÖRÜNTÜLƏR

Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında oğurluq əməli törədən şəxsin kimliyi müəyyən olunub.

Bu barədə TEMPİNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında oğurluq hadisəsi baş verib.

TEMPİNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə anbaan otaqdakı müşahidə kameralarına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37