Sülh sazişi nə vaxt imzalanacaq? – Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI

Sülh sazişi nə vaxt imzalanacaq? – Əliyevlə Paşinyanın rusiyalı jurnalistə CAVABI

Xəbər verildiyi kimi, dünən Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

TEMPİNFO xəbər verir ki, sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı xüsusi diqqət çəkib.

Rusiyanın “Shot” teleqram kanalının əməkdaşı sammit zamanı Nikol Paşinyanla İlham Əliyevin bir-birinin yanında dayandığını və nə barədəsə qısa söhbət etdiklərini görərək, onlara yaxınlaşıb.

Jurnalist Ermənistanla Azərbaycan arasında sülh sazişinin nə vaxt imzalanacağını soruşub.

Əliyev cavab verib ki, sülh sazişi razılaşdırılandan sonra imzalana bilər.

Jurnalist Azərbaycan Prezidentinə aydınlaşdırıcı sual verib: “Nə vaxt razılaşacaqsınız? Bu il mümkündürmü?”.

İlham Əliyev suala çiyinlərini çəkməklə cavab verib.

Rusiyalı jurnalist daha sonra Ermənistanın baş naziri Nikol Paşinyana üz tutanda Azərbaycan prezidenti oranı tərk edib.

“Nikol Vovaeviç, siz bu məsələ ilə bağlı nə deyirsiniz?”, – jurnalist soruşub.

Paşinyan “mən artıq öz təklifimi irəli sürmüşəm. Hesab edirəm ki, hazırda imzalamaq üçün kifayət qədər razılaşdırılmış məzmun var”, – deyə cavab verib.

“Moskvanın vasitəçiliyi ilə?”, – jurnalist soruşub.

Nikol Paşinyan sualı cavabsız qoyaraq oradan uzaqlaşanda, jurnalist soruşub: “İndi söhbət bundan getmirdi?”.

“Ondan gedirdi”, – deyə Nikol Paşinyan cavab verib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37