Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb

Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb

Mayın 15-də saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37