Supermarketlərin cibə girmək strategiyası bitmir – Tanınmış jurnalistdən ittiham
- İQTİSADİYYATSON XƏBƏR
- 07.06.2024 09:31
Tanınmış jurnalist supermarketləri “cibə girməkdə” günahlandırıb.
TEMPİNFO xəbər verir ki, mənia nümayəndəsi Əzizə İsmayılova bununla bağlı şikayətini bildirib.
“Supermarketlərin cibə girmək strategiyası bitmir ki, bitmir. Səhər-səhər girmişəm “Grandmart Supermarket”ə (Nizami m. yanında) kiloqramı 5 manat neçə qəpiklik gilas götürmüşəm. Götürmədən əvvəl tərəzidəki oğlandan bir də “qiymət budur?” deyə dəqiqləşdirmişəm. Tərəziyə qoyanda bir də dedim ki, “kilosu 5 manat” olandan götürdüm. “Yaxşı” deyib vurdu. Mən də fikir vermədim”, – deyən jurnalist çekə baxıb görüb ki, kilosu 8 manat 50 qəpiklik gilası vurulub.
Ə.İsmayılova bildirib ki, söhbət 2-3 manatda deyil, insanların etibarından istifadə edib cibinə girməkdən gedir: “Hər adamdan 2-3 manat qazanmaqla etibar itirməyə dəyərmi? Halal etmirəm, biləsiz”.
Onun paylaşımına yazanlar arasında bunu texniki problemlə əlaqələndirənlərlə yanaşı, sözügedən problemin əksər supermarketlərdə yaşandığını qeyd edənlər də olub.
TEMPİNFO