Sürücülərə ŞAD XƏBƏR: Bakının ən dik yollarından biri ləğv olunur – XƏRİTƏ

Sürücülərə ŞAD XƏBƏR: Bakının ən dik yollarından biri ləğv olunur – XƏRİTƏ

Bakının Yasamal rayonunda Tövbə məscidinin (Nəriman Nərimanov abidəsinin aşağısı) yaxınlığında yerləşən Süleyman Tağızadə küçəsində hərəkət sxeminin dəyişdirilməsi işləri aparılır.

TEMPİNFO xəbər verir ki, avtomobillərin nasazlığına səbəb olan dik yoxuşun (sürücülərin keçmiş Avropa liseyinin binası və məscidi keçərək N.Nərimanov abidəsinə çıxdıqları yol) əvəzinə dolayı yol inşa edilir.

Yeni yol məscid binasından yan tərəfə, Mərkəzi parka doğru uzanacaq və Nəriman Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) çəpinə çıxacaq.

İşlər Mərkəzi parkın ərazisinin genişləndirilməsi (Təzə pir məscidinin yuxarısındakı sahə hesabına) və ətraf ərazinin abadlaşdırılması çərçivəsində növbəti mərhələ kimi həyata keçirilir.

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37