Taksi sürücüsü AYNA əməkdaşını şoka saldı – Video

Taksi sürücüsü AYNA əməkdaşını şoka saldı – Video

Sosial şəbəkələrdə yayılan taksi sürücüsünün görüntüləri virala çevrilib.

TEMPİNFO.AZ xəbər verir ki, onun reyd zamanı təqdim etdiyi sənədlər müzakirə mövzularından biri olub.

Belə ki, yoxlanış zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları sürücüyə yaxınlaşıb. O isə sükan arxasından lazım olan bütün sənədləri bir-bir təqdim edib.

Yaşanan mənzərə gündəm mövzularından birinə çevrilib. Sürücünün 10-a yaxın sənəd təqdim etməsi sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Qeyd edək ki, son günlər taksi şirkətlərinin fəaliyyəti ilə bağlı məsələlər, onların qiymətinin artacağı və hansı maşınlardan istifadə olunacağı aktual mövzulardandır.

Xatırdaq ki, iki gün öncə qanunsuz sərnişindaşıma ilə bağlı keçirilən reyddə tələblərə cavab verməyən sürücülər cərimələnib.

Həmin videonu təqdim edirik:

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37