Tanınmış jurnalist VƏFAT ETDİ

Tanınmış jurnalist VƏFAT ETDİ

TƏBİB jurnalist Sərxan Kamallının ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan TEMPİNFO-ya verilən məlumatda bildirilir ki, 41 yaşlı jurnalist Sərxan Kamallı iyunun 16-da saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-i 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb.

O, bir müddət APA ilə də əməkdaşlıq edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37