Tarixin ən qanlı seçkisi: 9 ölü, 50 yaralı – VİDEO

Tarixin ən qanlı seçkisi: 9 ölü, 50 yaralı – VİDEO

Meksikada seçkiqabağı təşviqat kampaniyası zamanı bədbəxt hadisə yaşanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 2-keçiriləcək prezident seçkilərində namizəd olan Xorxe Alvares Maynezin seçkiqabağı kampaniyası zamanı səhnə çöküb.

Hadisə nəticəsində 9 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Nuevo Leon ştatında keçirilən tədbirdə baş verən qəzaya güclü küləyin səbəb olduğu bildirilib.

Qeyd edək ki, Meksikada seçki kampaniyası zamanı 200-ə yaxın dövlət məmuru, siyasətçi və ya namizəd öldürülüb və ya hücumla təhdid edilib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37