Təbrizdə vida mərasimi keçirildi, cənazələr Quma aparıldı – Video
- DÜNYAMANŞETSON XƏBƏR
- 21.05.2024 14:05
Təbrizdə mayın 19-da helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli şəxslərlə vida mərasimi keçirilir.
TEMPİNFO.AZ xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Təbrizlə yanaşı, ölkənin Qum və Tehran şəhərlərində də vida mərasimləri keçiriləcək. Təbrizdəki mərasimdən sonra həlak olanların nəşi cənazə namazı üçün Tehrana göndəriləcək. Daha sonra isə Rəisinin cənazəsi paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılacaq və İran lideri mayın 23-də orada dəfn ediləcək.