Tərtərdə mina partladı – Ölən var

Tərtərdə mina partladı – Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib.

TEMPİNFO xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37