Tanınmış memar üzr istədi: “Rəhbərlik lüks maşında gəzir” sözlərinə reaksiya

Tanınmış memar üzr istədi: “Rəhbərlik lüks maşında gəzir” sözlərinə reaksiya

“Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova tanınmış memar Elçin Əliyevin narazılığına münasibət bildirib.

TEMPİNFO-nun xəbərinə görə, qurum sözçüsü onun informasiyasına aydınlıq gətirib və qarşı tərəf “rəhbərlik lüks maşında gəzir” yazmasına görə üzr istəyib.

“Sizin təəssüratınızın əsasında hansısa qarşılaşdığınız problemmi dayanır? Lütfən, narazı olduğunuz məqamı konkret qeyd edin ki, biz də bundan faydalanaq, nöqsanlarımızı düzəldək. “Azərpoçt” olaraq, artıq 2 ildən çoxdur ki, vətəndaşları maksimum şəkildə dinləməyə, narazılıqları həll etməyə çalışırıq. Onu da qeyd edim ki, internet xidmətlərinin təmini “Azərpoçt”un xidmət sahəsi deyil, müvafiq quruma müraciət edə bilərsiniz.

Həmin iş masaları növbəli şəkildə işləyir. Sizin kimi narazı müştərilərimiz kimi razı müştərilərimiz də var. Amma məsələ konkret deyiləndə, biz böyük məmnuniyyətlə səhvimizi düzəltməyə çalışırıq. Bu şikayətiniz də aidiyyəti üzrə yönləndirilib, amma bir daha qeyd edirəm, bu hal üzrə xüsusi tədbir görülməsi mümkün deyil. Binanın qarşısında fotosunu çəkdiyiniz maşın isə “Azərpoçt”un rəhbərliyinə aid deyil, araşdıra bilərsiniz”, – Afaq İbrahimova bildirib.

***

Hər dəfə “Azərpoçt” Üzeyir Hacıbəyov küçəsindəki mərkəzi şöbəsinə gələndə, sanki zaman maşını ilə sovet keçmişinə qayıdırsan. Onlarla xidmət yerlərindən cəmi 2-3-ü açıq olur. Xanımlar telefonlarına baxa-baxa boş otururlar. Daimi növbələr, zəif təşkilatçılıq, işçilərin mədəniyyətsizliyi və laqeydliyi…

TEMPİNFO xəbər verir ki, bunu tanınmış memar Elçin Əliyev bildirib.

“Rəhbərlik nə qədər absurd görünsə də, lüks maşında gəzir. Nə üçün?! Həqiqətən, işləməyən adi bir poçt xidməti!”, – o qeyd edib.

Qeyd edək ki, Elçin Əliyev memarlıq üzrə elmlər doktorudur, Azərbaycan Dizaynerlər İttifaqının və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

“Azərpoçt” MMC Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumdur.

Tanınmış memarın çəkdiyi fotoları təqdim edirik:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37