Tikinti bazarında bu dəfə betonun qiyməti ARTDI
- İQTİSADİYYATSON XƏBƏR
- 07.08.2024 23:20
Tikinti bazarındakı materiallarının qiyməti artmaqda davam edir.
TEMPİNFO xəbər verir ki, hazırda ötən dövrlə müqayisədə, betonun qiymətində on manata qədər artım müşahidə olunur.
Bu gün tikinti bazarında betonun satış qiyməti, markasına uyğun olaraq, 95 manatla 110 manat arasında dəyişir.
Beton satışı ilə məşğul olan satıcıların TEMPİNFO-ya verdiyi məlumata görə, hazırda bazardakı qiymət sıralanması belədir:
“M100 markalı betonun bir kubu – 95 manat, M150 markalı – 97 manat, M200 markalı – 99 manat, M250 markalı – 102 manat, M300 markalı – 105 manat, M350 markalı – 108 manat”.
Satıcılar aşağı qiymətdə olan betonla yuxarı qiymətdə olan beton arasında keyfiyyət fərqinin olduğunu da diqqətə çatdırıblar.
Betonun qiymətinin qalxmasına səbəb kimi isə yanacağın qiymətinin artmasının daşıma xərclərini bahalaşdırması və bunun məhsulun maya dəyərinə göstərdiyi təsir göstərilir.
TEMPİNFO