“Top Supermarket” də məhkəməyə verildi: Vəli Əkbərovun şirkətləri çəkişmədə – TƏFƏRRÜAT – ÖZƏL

“Top Supermarket” də məhkəməyə verildi: Vəli Əkbərovun şirkətləri çəkişmədə – TƏFƏRRÜAT – ÖZƏL

“Top Supermarket” mağazalar şəbəkəsi məhkəməyə verilib.

TEMPİNFO xəbər verir ki,  məsələ ilə bağlı “Dilqəm 20” MMC Bakı Kommersiya Məhkəməsi qarşısında iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Günay Namazova sədrliyi ilə sözügedən çəkişməyə baxılacaq.

TEMPİNFO-nun əldə etdiyi məlumata görə, “Top Supermarket” MMC-nin dövlət büdcəsinə 180 min 512 manat 23 qəpik borcu yığılıb. Şirkətin qanuni təmsilçisi Əkbərov Vəli Kazım oğludur. Bundan öncə ona məxsus olan “Vəlioğlu-2018” MMC də Xəzər TV və “Paşa Bank” tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, “Vəlioğlu-2018” MMC-nin qeyri qida məhsullarının topdan satışı ilə məşğul olduğu bildirilir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37