Tovuza yasa gedən qardaşların meyiti tapıldı

Tovuza yasa gedən qardaşların meyiti tapıldı

Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.

TEMPİNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayona qonaq gələn şəxslər dəm qazından boğularaq ölüb.

Belə ki, Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.

Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37