Tramp: Kim Çen Inla dostluğu yenidən bərpa edəcəyəm
- DÜNYASON XƏBƏR
- 19.07.2024 16:00
Seçkilərdə qalib gələcəyim təqdirdə Şimali Koreya lideri Kim Çen Inla münasibətləri yenidən bərpa etmək niyyətindəyəm.
Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bəyan edib.
O qeyd edib ki, ötən prezidentliyi dövründə Şimali Koreya lideri ilə münasibətləri qurmaq müsbət nəticə verdi.
“Kim Çen Inla çox yaxşı anlaşırdım. Mən bunu deyəndə mətbuatın xoşuna gəlmədi. Amma bilirsiniz, çoxlu nüvə silahı olan biri ilə yola getmək gözəldir… Mən onlarla anlaşdım və Şimali Koreyadan raket buraxılışlarını dayandırdıq. İndi Şimali Koreya yenə şıltaqlıq edir, amma biz yenidən qayıdanda, mən onunla anlaşacağam . O mənim də geri qayıtmağımı istərdi”, – Tramp Qurultayında çıxış edərkən deyib.
Qeyd edək ki, Donald Tramp və Kim Çen In sonuncu dəfə 2019-cu ilin iyununda görüşüblər. /ölkə.az
TEMPİNFO