Trampı öldürmək istəyən şəxsin sui-qəsd cəhdindən əvvəlki görüntüsü – VİDEO

Trampı öldürmək istəyən şəxsin sui-qəsd cəhdindən əvvəlki görüntüsü – VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açan Tomas Metyu Kruksun sui-qəsd cəhdindən bir saat əvvəlki videogörüntüsü yayılıb.

Bu barədə TEMPİNFO Lenta.ru-ya istinadən bildirir.

Mitinq iştirakçılarından birinin lentə aldığı kadrlar WTAE telekanalı tərəfindən nümayiş etdirilib.

Görüntülərdə bir kişinin mühafizə olunan hasarın arxasındakı ərazidə gəzdiyi görünür. Eyni zamanda, mitinqdə iştirak edənlər kişi damda silahla hərəkət etdiyi anda belə, ona fikir vermirlər.

Xatırladaq ki, Donald Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də onun Pensilvaniya ştatında seçicilərlə görüşü zamanı baş verib. Hadisə zamanı bir nəfər ölüb və yaralananlar olub. Siyasətçinin özü isə qulağından yüngül xəsarət alıb.

TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37