“Turistik məkan yoxdur, istirahət üçün yer tapılmır”

“Turistik məkan yoxdur, istirahət üçün yer tapılmır”

Ucar sakinləri bildirirlər ki, rayonda asudə vaxtın təşkili üçün heç bir şərait yaradılmayıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Hit.az redaksiyasına daha bir şikayət daxil olub.

“Rayonda insanların üz tutub, ailəvi istirahət edəcəkləri heç bir məkan yoxdur. Nə parklar, nə uşaq əyləncə, oyun mərkəzləri, nə kino, nə də mədəniyyət evi. Dövlət tərəfindən tikilmiş qurumların da ağzını qıfıllayıb, təzə saxlayırlar. Rayon sakinləri dincəlmək üçün Göyçay, Mingəçevir, Ağdaş rayonuna getməli olurlar. İstirahət zonaları təşkil etmək bu qədərmi çətindir? Parklar, yaşıllıqlar salınsa, uşaqlar üçün əyləncə mərkəzləri yaradılsa, bu həm də məşğulluğun artırılması demək deyilmi?”

Sayt məsələni işıqlandırmaqla ümid edir, rayon rəhbərliyi sakinlərin şikayətini nəzərə alıb, tədbir görəcək.

Maraqlıdır ki, Dövlət Turizm Agentliyi də vəziyyətlə bağlı hər hansı addım atmayıb. Sakinlərin dediyinə inansaq, rayonda turistik məkanlar da mövcud deyil. Ümumiyyətlə Azərbaycanın qərb rayonları turistlər üçün əlverişsiz ərazi kimi tanınır.

Bündən öncə yerli mətbuatda qeyd edilmişdi ki, gözəl havası, təbiəti, tarixi abidələri, gəzməli-görməli yerləri, mətbəxi, qonaqpərvərliyi ilə seçilən Azərbaycanın Qərb rayonları turizmin inkişafı baxımından digər bölgələrdən geri qalır.

“Bu gün bölgəmizdə turizmin inkişaf etdirilməsi üçün bütün şərait və imkanlar var. Ölkəmizə gələn xarici qonaqların marağını cəlb etmək üçün lazım olan infrastrukturun qurulması, turistlərin maraqlarını cəlb edəcək məkanların daha da inkişaf etdirilməsi əsas prioritetlərindəndir. Biz tirizmin inkişafına xidmət göstərən və bu sahə ilə məşğul olan sahibkarların maarifləndirilməsini çox önəmli sayırıq. Hesab edirik ki, regionda qonaqlama işi ilə məşğul olan iş adamlarının fəaliyyətlərinin daha da təkminləşdirilməsi üçün onların bu sahədə olan bilik və bacarıqlarının artırılmasına ehtiyac var”, – deyə bizim.media “Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması” layihəsinin rəhbəri Sevinc Hüseynovanın sözlərinə istinadən yazıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37