Türkiyə-İsrail gərginliyi, səfir müavini nazirliyə çağırıldı

Türkiyə-İsrail gərginliyi, səfir müavini nazirliyə çağırıldı

Türkiyənin İsraildəki səfirliyinin HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı dövlət bayrağını endirməsi Təl-Əvivin sərt reaksiyası ilə üzləşib.

Ölkə.Az xəbər verir ki, Türkiyənin səfirliyinin bu hərəkətinə qəzəblənən İsrail xarici işlər naziri İsrael Katz türkiyəli səfirin müavinini nazirliyə çağırıb və səfirliyin bu hərəkətini qınayıb.

Nazir eyni zamanda öz X (tviter) səhifəsində Türkiyənin bu hərəkəti ilə bağlı paylaşım edib.

“İsrail 7 oktyabrda təcavüz və qətl törədən HƏMAS terror təşkilatının lideri İsmayıl Haniyə kimi qatilin yas mərasimində iştirakını qəbul etməyəcək. Səfirlik nümayəndələri yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib yas tutmalıdırlar” – o deyib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37