Türkiyə millisinin baş məşqçisi Montella kimdir? – DOSYE

Türkiyə millisinin baş məşqçisi Montella kimdir? – DOSYE

9 ay öncə Türkiyə milli komandasına baş məşqçi təyin edilən italiyalı Vinçenzo Montellanın 18 iyunda 50 yaşı tamam olub. Montellanın ad günündə Gürcüstanı 3:1 hesabı ilə məğlubiyyətə uğradan Türkiyə millisi qələbəni baş məşqçiyə hədiyyə edib.

TEMPİNFO xəbər verir ki, o, ilk dəfədir, milli komandaya rəhbərlik edir.

18 iyun 1974-cü ildə İtaliyanın Castello di Cisterna şəhərində anadan olub. Futbolçu kimi 1990-cı ildə “Empoli” ilə ilk peşəkar müqaviləsini imzalayıb. 5 il bu klubda çıxış edib.

1995-ci ildə “Cenoa” klubunda oynamağa başlayıb. O, “Cenoa”da cəmi 1 mövsüm oynayıb və 34 matçda 21 qol vurub. Bununla da bütün dünyada danışılan performans göstərib.

1996-cı ildə “Sampdoriya”ya transfer olunan Montella 3 mövsüm oynadığı komandada 83 matçda meydana çıxıb və 54 qolla adını A Seriyasının bombardirləri sırasına yazdırıb.

1999-cu ildə “Roma” ilə müqavilə imzalayıb. 10 il “Roma”da çıxış edib. 194 qarşılaşmada 83 qol vurub.

Montella 1999-2005-ci illər arasında İtaliya milli komandasında da çıxış edib və 20 oyunda 3 qol vurub.

2009-cu ildə futbolçu karyerasını başa vurub.

Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.

Məşqçilik karyerasında İtaliyanın “Roma”, “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, İspaniyanın “Sevilya” və Türkiyənin “Adana Dəmirspor” klublarını çalışıdırıb.

Montella Türkiyə millisini “Avro-2024”də hara qədər aparacaq, bunu qarşıdakı oyunlar göstərəcək…

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37