Türkiyədən 3 qolla qələbə: Arda tarixə düşdü – VİDEO

Türkiyədən 3 qolla qələbə: Arda tarixə düşdü – VİDEO

Bu gün AVRO-2024-ün F qrupunda mübarizəyə start verilib.

TEMPİNFO xəbər verir ki, qrup mərhələsinin son günü Dortmundda başlayıb.

Qardaş Türkiyə millisi Gürcüstanla qarşılaşıb. “Ay-ulduzlular” final mərhələlərinin debütantı ilə görüşdə 3:1 hesabı ilə qələbə qazanıblar.

Türkiyə – Gürcüstan – 3:1
Qollar: Mert Müldür, 25. Arda Güler, 65. Kerem Aktürkoğlu, 90+7 – Georgi Mikautadze, 32

Qeyd edək ki, AVRO-2024-də fərqlənən Arda Güler Avropa çempionatları tarixinə düşüb.

O, turnirin debüt matçında qol vuran ən gənc futbolçu olub.

Arda portuqliyalı ulduz Kriştiano Ronaldonu arxada qoyub. Türkiyəli futbolçu 19 yaş 114 günündə Gürcüstün yığmasının qapısına yol tapıb. Kriştiano isə AVRO-2004-də Yunanıstan komandası ilə oyunda 19 yaş 128 günündə fərqlənib.



  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37