Türkiyəli müğənni Azərbaycan mahnısı oxudu – Video

Türkiyəli müğənni Azərbaycan mahnısı oxudu – Video

Türkiyəli müğənni Ceylan Koynat Turan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

TEMPİNFO xəbər verir ki, müğənni Azərbaycanın məşhur “Əziz dostum” mahnısını ifa edib.

 

“Bu mahnının məndəki yeri fərqli və qiymətlidir. 15 yaşımda olarkən müəllimim onu ​​dərsdə oxumuşdu. Sözlərini anlamasam da çox ağlamışdım. Dedim ki, mən bu mahnısını oxuyacağam və bir gün hamı mənim ifamda bunu dinləyəcək” deyə, Ceylan paylaşımına yazıb.

Qeyd edək ki, mahnının sözləri Rəsul Həmzətova məxsusdur. O, mərhum şair Səməd Vurğunun vəfatı səbəbindən bu şeiri yazıb.

Ceylan “O səs Türkiyə” yarışmasının iştirakçılarından olub. İfaçı sosial media fenomeni Ünal Turanla ailəlidir.(Axşam.az)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37