Türkiyəli nazir Zəngəzur dəhlizi ilə bağlı tarix açıqladı
- MANŞETREGİONSİYASƏTSON XƏBƏR
- 18.05.2024 17:34
Türkiyənin Qars şəhərini Naxçıvanla həmsərhəd olan İğdırla birləşdirəcək dəmir yolunun tikintisinə bu ilin sonunda başlanılması və beş il ərzində başa çatdırılması planlaşdırılır. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək.
TEMPİNFO.AZ xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu TGRT Haber telekanalına müsahibəsində deyib.
“Nəqliyyat dəhlizinin tam istismarı 2028-2029-cu illərdə mümkün olacaq. Bu marşrut Türkiyə və bütün region üçün böyük iqtisadi və strateji əhəmiyyətə malikdir”, – o deyib.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni əhəmiyyətli alternativ yaranacaq:
“Biz bilirik ki, Azərbaycan bu məsələ ilə bağlı İranla danışıqlar aparır. Yekun qərar hələ verilməyib. Ola bilsin ki, dəhlizin müəyyən hissələri həm İrandan, həm də Ermənistandan keçsin.
Tenderlər keçirilib, amma bu gün tikintiyə başlasanız, təxminən 5 il çəkəcək. Çox güman ki, Zəngəzur dəhlizi 2028-2029-cu illərdə istismara veriləcək”.
TEMPİNFO.AZ