Ukrayna ABŞ-dan icazə istəyir: Silahlarınızı Kurskda istifadə edək…
- DÜNYASON XƏBƏR
- 09.08.2024 10:20
Ukrayna ABŞ-dan Rusiyanın Kursk vilayətinin nəzarətə götürülmüş ərazilərinin müdafiəsi üçün ATACMS-dən istifadə etmək üçün icazə istəyib.
Bu barədə “The Washington Post”a prezident Volodimir Zelenskinin adının açıqlanmasını istəməyən müşaviri bildirib.
Uzaq mənzilli ATACMS raketlərinin Rusiya ordusu təyyarələrinin yerləşdiyi hərbi aerodromlarda və Ukrayna Silahlı Qüvvələrinin bomba mövqelərində istifadə edilməsi planlaşdırılır. Zelenskinin müşavirinin sözlərinə görə, belə bir qərar Ukrayna hərbçilərinə Kursk vilayətinin işğal olunmuş ərazilərini saxlamağa imkan verəcək.
“Bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək – məsələ budur”, – o vurğulayıb.
Pentaqon Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsini qanuni hesab edir. Qurumun sözçüsü Sabrina Sinqh bildirib ki, Ukrayna öz suveren ərazisini geri almaq və döyüş meydanında uğur qazanmaq üçün etməli olduğu işi görür. O əlavə edib ki, Birləşmiş Ştatlar hələ də Rusiyanın dərinliklərində Amerika silahları ilə zərbələri dəstəkləmir. /Modern.az