Ukraynada xırda oğurluq cinayət sayılmayacaq
- DÜNYASON XƏBƏR
- 07.08.2024 12:40
Ukrayna prezidenti Volodimir Zelenski xırda oğurluğun dekriminallaşdırılması haqqında qanunu imzalayıb.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, həddi 3000 qrivnaya qədər artırılacaq və inzibati cərimələr qaldırılacaq.
Beləliklə, başqasının əmlakının xırda oğurluğu, əgər onun məbləği:
757 qrivnadan çox deyilsə, 850-1700 qrivna cərimə, 20 saatdan 30 saata qədər ictimai işlər və ya 5 sutka inzibati həbslə cəzalandırılır.
Oğurlanmış malın dəyəri 758-3028 qrivna qədər olduqda – 1700-5100 qrivna cərimə, 30 saatdan 40 saata qədər ictimai işlər və ya 5 gündən 10 günə qədər həbslə cəzalandırılır.
Təkrar oğurluğa görə cərimə 8500-17000 qrivna olacaq və həbs müddəti 15 günə qədər artırılacaq.
TEMPİNFO