“Ümid edirik ki, onilliklər davam edən münaqişəyə son qoyulacaq” – Erməni spiker
- DÜNYASON XƏBƏR
- 11.07.2024 14:35
“Ümid edirik ki, onilliklər davam edən münaqişəyə son qoyulacaq”.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan iyulun 11-də növbədənkənar iclasda Azərbaycanla sülh danışırları barədə danışarkən bildirib.
O, xüsusilə qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır.
“Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq”, – Simonyan deyib.
Spiker müxalifətdən olan deputatların suallarına cavab verərəkən “Ermənistan Respublikasının bir qarış ərazisi də qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, bu msələ müzakirə olunmayıb və müzakirə oluna da bilməz”, – deyib
Simonyan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyandan Ermənistan ərazisindən nə qədər ərazinin verildiyini dəqiq söyləməyi tələb edən “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryana köhnəlmiş söhbəti etməyin yersiz olduğunu xatırladıb.
TEMPİNFO