“Unibank” insanı əsəb xəstəsi edir” – Tanınmış jurnalist

“Unibank” insanı əsəb xəstəsi edir” – Tanınmış jurnalist

Tanınmış jurnalist “Unibank”ın xidmətindən narazılığını bildirib.

TEMPİNFO xəbər verir ki,  Məhəmməd Türkmən bununla bağlı sosial media platformasında paylaşım edib.

“Ölkədə insanı əsəb xəstəsi edən bank varsa, o da “Unibank”dır. Günlərdir, mobil tətbiq vasitəsilə pul göndərə bilmirəm. Bununla azı 10 dəfə müraciət etmişəm. Hər operatorlar fərqli bəhanə gətirir, müddəti uzadır”, – o qeyd edib.

Jurnalist vurğulayıb ki, sözügedən bank bunu qarşı tərəfdə problemin olması, pulu qəbul edə bilməməməsi ilə əlaqələdirir və digər əsaslar gətirərək məsələni həll etmir: “Deyirlər ki, soyadınızla, qeydiyyat ünvanı, Western Union, texniki problemlər var, e-mail göndərin, baxaq. Az sonra zəng edəcəyik deyib etmirlər. Təcili qeyd etdik söyləyirlər, 5 gün keçir. 1 həftədir problemi həll edə bilmirsiniz”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37