Vahid Mustafayevin mağazasından 300 minlik saat OĞURLANDI
- HADİSƏMANŞETSON XƏBƏR
- 11.10.2024 10:12
Tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsus “VMF Continental” mağazasından oğlurluq edilib.
TEMPİNFO-nun məlumatına görə, Yasamal rayonunda yerləşən mağazadan 330 min manat dəyərində “Breguet” markalı qol saatı oğlurlanıb.
Oğurluq hadisəsi bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.
Hazırda istintaq davam edir.
TEMPİNFO