Vasif Tağıyevin anası İranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa edilməsindən danışdı

Vasif Tağıyevin anası İranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa edilməsindən danışdı

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin yeni ünvanda fəaliyyətini bərpa etməsinə münasibət bildirib.

O,  açıqlamasında bu xəbəri müsbət qarşılayıb, xeyir-dua verib.

“Dövlətimiz üçün,  xalqımız üçün xeyirlisi nədirsə, Allahın izni ilə o da olsun. Allah Orxan Əsgərovun timsalında bütün şəhidlərimizə rəhmət eləsin”, -T.Tağıyeva bildirib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. /pravda.az

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37