Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da öldü

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da öldü

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib.

TEMPİNFO.AZ Bakupost.az-a istinadən xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-də hər hansısa bir telefonla nənəsinə zəng edib, lakin daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Və bir neçə gün əvvəl meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkarlanıb.

Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37