Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə vəfat etdi

Vətən müharibəsi qazisi doğum günündən bir gün öncə vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov dünyasını dəyişib.

Qazi Azad Məlikov doğum günündən bir gün əvvəl, iyunun 3-də Neftçala Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Bildirilib ki, A.Məlikovun halı qəfil pisləşib. Bunu görən yaxınları onu xəstəxanaya çatdırıblar. Həkimlərin səyinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Azad Məlikovun yaxın qohumu Oxu.Az-a açıqlamasında qazinin daimi şəkildə müalicə aldığını deyib:

“Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə olunsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.

Azad iyunun 3-də vəfat etdi. Evdə idi. Anidən halı pisləşdi. Təcili tibbi yardım çağırdıq. Qucağımda keçindi. Şokdayıq. İyunun 4-ü doğum günü olacaqdı. 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı idi. Subay idi. Çətindir, çox ağır dərddir”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37