Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- HADİSƏMANŞETSON XƏBƏR
- 07.06.2024 15:58
Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
TEMPİNFO xəbər verir ki, bu barədə Qazax Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
TEMPİNFO