“Vita Aptekləri”nə yazılan protokola baxılacaq
- ÖLKƏSON XƏBƏR
- 27.05.2024 11:32
“Vita Aptekləri” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə iyunun 7-də baxılacaq.
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
TEMPİNFO