Volkan Demirel 14 illik xanımından boşanır

Volkan Demirel 14 illik xanımından boşanır

“Hatayspor” klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib.

Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub. İkilinin Yade və Yeda adlı iki övladı var.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37