“Whatsapp”da kanallarla bağlı gözlənilən yenilik

“Whatsapp”da kanallarla bağlı gözlənilən yenilik

Dünyada ən çox istifadə edilən mesajlaşma proqramı olan “Whatsapp” yeni bir funksiya üzərində çalışır.

TEMPİNFO metbuat.az-a istinadən xəbər verir ki, yeni funksiya kanal idarəçilərinin işini asanlaşdıracaq.

Yeni özəllik sayəsində kanallarla bağlı detallı analizlər əlçatan olacaq. Bu bölməyə daxil olan kanal idarəçisi paylaşımların neçə istifadəçiyə çatdığı və izlənmə kimi statistikaları görə biləcək.

Məlumata görə, bu statistikalar sadəcə kanal idarəçisi tərəfindən görünəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37