“Windows”dakı problemlə bağlı RƏSMİ AÇIQLAMA
- İQTİSADİYYATSON XƏBƏR
- 19.07.2024 16:20
Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti tərəfindən “Microsoft Windows” əməliyyat sistemində yaranmış xəta ilə bağlı “Ölkə.Az”a verilən açıqlamada qeyd olunub.
Bildirilir ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Qurum hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılmasını tövsiyə edib.