Xalq artistinin direktoru olduğu qurumda korrupsiya əməliyyatı

Xalq artistinin direktoru olduğu qurumda korrupsiya əməliyyatı

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.

“Demokrat” yazır ki, bir neçə vəzifəli şəxsin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

Məsələ ilə bağlı Ayla Kərimova açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.

Filarmoniyanın mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə news24-ə bildirib ki, yoxlamalar sadəcə bəzi sənədlər üzərində aparılıb: “Heç bir əməkdaş saxlanılmayıb. Murad bəy də işinin başındadır”.

Qeyd edək ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadədir. O, Aysel Teymurzadənin həyat yoldaşıdır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37