Bank kartları ilə bağlı əməliyyat: 3 nəfər tutuldu

Bank kartları ilə bağlı əməliyyat: 3 nəfər tutuldu

Bank kartlarına müdaxilə edən 3 şübhəli şəxs saxlanılıb.

TEMPİNFO-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, kiber cinayətkarlığın yeni forması müşahidə olunur:

“Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 şübhəli şəxs müəyyən olunaraq tutulub”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37